NAXÇIVAN :

17 Iyun 2025, Çərşənbə axşamı

Milli Məclisin komitə sədri: "Naxçıvanın inkişafında İğdır-Naxçıvan qaz boru kəmərinin mühüm rolu olacaq"

...

"Azərbaycan bu gün bütün dünyanın o cümlədən, xüsusən də Avropanın enerji təhlükəsizliyində böyük rol oynayır. Öz ərazisinə isə müəyyən səbəblərə görə başqa dövlətlərin ərazisindən keçməklə artıq qazını çatdırır". 
"Şərq qapısı" xəbər verir ki, bu sözləri Naxçıvanda keçirilən İğdır-Naxçıvan qaz boru kəməri üzrə paralel auditin yekun hesabatlarının təqdimatı tədbirindən sonra jurnalistlərə müsahibəsində Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov deyib.
Komitə sədri qeyd edib ki, enerji inkişaf deməkdir. Enerji hər bir ölkənin inkişafında xüsusi çəkiyə malikdir. Xüsusilə də Naxçıvanın inkişafında bu boru xəttinin mühüm rolu olacaq. 
"İnanıram ki, qısa bir müddətdə Naxçıvan bunun alternativ olaraq bu boru xəttinin çəkilməsi dayanıqlı, fasiləsiz enerjinin təmin olunmasında mühüm rol oynayacaqdır", – deyə Sadiq Qurbanov əlavə edib.

Nəşr edilib : 16.06.2025 18:43