"Ekranı bağla, həyatı aç" layihəsinə start verilib...
14:14 23.11.2024
0
0
0
Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar parlament seçkilərində, eyni zamanda Naxçıvan Muxtar Respublikası Ali Məclisinə keçirilən seçkilərində səsvermə başa çatıb.
"Şərq qapısı" xəbər verir ki, seçkilər ölkə üzrə 125 seçki dairəsinin ərazisində formalaşdırılmış 6 min 478 seçki məntəqəsində keçirilib.
Seçki məntəqələri saat 8:00-da açılıb və 19:00-da bağlanıb.
Parlament seçkilərində 125 deputat mandatı uğrunda 990 namizəd mübarizə aparıb. Azərbaycanda seçicilərin ümumi sayı 6 milyon 421 min 960 nəfərdir.
Ali Məclisə seçkilərdə isə deputat mandatı uğrunda 187 nəfər namizəd mübarizə aparıb.
Məlumat üçün bildirək ki, Mərkəzi Seçki Komissiyasının saat 17:00 üçün açıqladığı məlumata görə, seçicilərin 33,82 faizi (2 milyon 172 min 87 nəfər) səsvermə hüququndan istifadə edib.
Digər xəbərlər