NAXÇIVAN :

22 Aprel 2026, Çərşənbə

Milli Məclis BMT-nin Kibercinayətkarlığa qarşı Konvensiyasını təsdiqləyib

...

Milli Məclis “İnformasiya və kommunikasiya texnologiyaları sistemlərindən istifadə etməklə törədilən müəyyən cinayətlərlə mübarizədə və ağır cinayətlərə aid olan sübutların elektron formada mübadiləsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi - Birləşmiş Millətlər Təşkilatının Kibercinayətkarlığa qarşı Konvensiyası”nın təsdiq edilməsi haqqında qanun layihəsini təsdiqləyib.

"Şərq qapısı" xəbər verir ki, bu məsələ parlamentin fevralın 10-da keçirilən iclasının gündəliyinə daxil edilib.

Konvensiyanın əsas məqsədi informasiya və kommunikasiya texnologiyaları sistemlərindən istifadə etməklə törədilən cinayətlərlə mübarizədə dövlətlər arasında əməkdaşlığın gücləndirilməsi, habelə ağır cinayətlərə aid olan sübutların elektron formada toplanması, mübadiləsi və mühafizəsi üçün vahid hüquqi çərçivənin formalaşdırılmasıdır.

Sənəd 2025-ci il oktyabrın 25-də Hanoy şəhərində imzalanıb.

Nəşr edilib : 10.02.2026 13:10