NAXÇIVAN :

02 Avqust 2026, Bazar

Milli Kitabxanada Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününə həsr edilən sərgi təqdim olunub

...

Avqustun 1-də Milli Kitabxanada Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə virtual və ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.
Kitabxanadan bildirilib ki, sərgilərdə Azərbaycan əlifbası və dili haqqında rəsmi sənədlər, Azərbaycan dilinin inkişaf yolları, qarşıya çıxan çətinliklərdə Ümummilli Lider Heydər Əliyevin qayğısı, dövlət dili kimi formalaşmasında dəstəyi, sözün insan həyatında rolu, natiqliyin gözəlliyi, dil bazasının zənginləşməsində dilçiliyin rolu və mövzu ilə bağlı digər dərsliklər, monoqrafiyalar, dövri mətbuat səhifələrində dərc olunan məqalələr, fotolar nümayiş edilir.

Nəşr edilib : 01.08.2026 17:18