NAXÇIVAN :

13 Avqust 2026, Cümə axşamı

Mil-Muğan regionu üzrə 161 məzun fərqlənmə attestatı alıb

...

Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin 161 məzunu təhsilini fərqlənmə attestatı ilə başa vurub. Onlardan 73 nəfəri tam orta (11-ci sinif), 88 nəfəri isə ümumi orta (9-cu sinif) təhsil səviyyəsi üzrə bu uğura imza atıb.

Regional Təhsil İdarəsindən verilən məlumata görə, fərqlənmə attestatı oxuduğu müddətdə bütün fənlərdən illik (yekun) qiymətləri "5" (əla) olan və buraxılış imtahanlarında hər bir fənn üzrə ən azı 75 bal toplayan məzunlara verilir. Təhsil sənədlərinin verilməsi məsələsinə sinif rəhbərinin təqdimatı əsasında məktəbin Pedaqoji Şurasında baxılır və müvafiq qərar qəbul edilir.

Qeyd edək ki, 2025–2026-cı tədris ilindən etibarən məzunlara dövlət təhsil sənədləri elektron formada təqdim olunur. Cari ilin məzunları attestatlarını artıq “mygov” platforması üzərindən rahatlıqla əldə edə bilərlər.

Nəşr edilib : 13.08.2026 14:50