Naxçıvan şəhərində istilik təchizatı ilə bağlı mür...
22:24 03.11.2026
0
0
0
Bu gün Azərbaycan tarixində dövlət suverenliyimizin tam bərpasını ifadə edən əlamətdar gündür.
"Şərq qapısı" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkə hesabında yazıb.
"2023-cü il sentyabrın 20-də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən antiterror tədbirləri nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam təmin olundu", - o xatırladıb.
M. Cabbarov Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib: "Dövlət Suverenliyi Günü münasibətilə xalqımızı təbrik edir, ölkəmizə sülh və firavanlıq arzulayırıq. Bu tarixi nailiyyət uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edirik".
Digər xəbərlər