Hakimliyə namizədlər test imtahanı veriblər
15:02 28.06.2026
0
0
0
NAXÇIVAN :
28 Iyun 2026, Bazar
Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 23 iyun tarixli Sərəncamı ilə dövlət qulluğunda səmərəli fəaliyyətinə görə təltif olunanlar arasında Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin Dini qurumlarla iş və dinşünaslıq ekspertizası şöbəsinin müdiri Mərziyyə Hacıyeva da yer alır. “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunan Mərziyyə xanım bu münasibətlə təəssüratlarını bizimlə bölüşüb.
Dövlət başçısı tərəfindən əməyinə verilən yüksək qiymətin onun üçün unudulmaz hadisə olduğunu bildirən Mərziyyə Hacıyeva qeyd edib: “Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunmağım mənim üçün böyük qürur və sevinc hissi doğurur. Bu mükafat uzun illər dövlət qulluğunda göstərdiyim fəaliyyətə verilən yüksək dəyər olmaqla yanaşı, gələcək fəaliyyətim üçün də mühüm stimul və məsuliyyətdir. Bu xəbəri aldığım zaman çox böyük sevinc hissi keçirdim. Əməyimin dövlət səviyyəsində qiymətləndirilməsi mənim üçün ən böyük mükafatlardan biridir”.
Dövlət qulluğunun cəmiyyət qarşısında mühüm missiya daşıdığını vurğulayan həmsöhbətimiz bildirib: “Dövlət qulluqçusu olmaq, ilk növbədə, xalqa və dövlətə sədaqətlə xidmət etmək deməkdir. Xüsusilə dini sahədə fəaliyyət göstərən bir qurumun əməkdaşı olaraq hər zaman maarifləndirmə işinin gücləndirilməsi, milli-mənəvi dəyərlərimizin qorunması və dini mühitdə sağlam münasibətlərin təşviqi istiqamətində üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışmışıq. Hesab edirəm ki, bu mükafat həm də kollektivimizin əməyinə verilən qiymətdir”.
Mərziyyə Hacıyeva dövlət qulluqçularına göstərilən diqqət və qayğının onların fəaliyyətinə əlavə motivasiya verdiyini də vurğulayıb: “Ölkə başçısının dövlət qulluqçularına göstərdiyi diqqət və etimad hər birimizdə daha məsuliyyətli işləmək əzmi yaradır. Bu təltif mənə göstərilən etimadın göstəricisidir və bundan sonra da fəaliyyətimdə dövlətçilik prinsiplərinə sadiq qalaraq üzərimə düşən vəzifələri daha böyük məsuliyyətlə yerinə yetirməyə çalışacağam”.
Mərziyyə xanım qazanılan bu uğura görə dövlət başçısına dərin minnətdarlığını ifadə edir: “Bu ali təltifə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm. Göstərilən etimadı doğrultmaq üçün bundan sonra da bütün bilik və bacarığımı səfərbər edərək dövlətimizə və xalqımıza xidmət edəcəyəm”.
Elnurə CƏFƏROVA
Digər xəbərlər