NAXÇIVAN :

09 Yanvar 2025, Cümə axşamı

Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

...

Yanvarın 8-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib.

"Şərq qapısı" xəbər verir ki, əvvəlcə Komissiyanın 2025-ci il 6 yanvar tarixli iclasının protokolu təsdiq edilib.

Sonra yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyası tərəfindən Mərkəzi Seçki Komissiyasına təyin edilmiş məşvərətçi səs hüquqlu üzvün təsdiq olunmasına qərar verilib.

İclasda daha sonra qarşıdan gələn bələdiyyə seçkiləri ilə əlaqədar daxil olmuş müraciətlərə baxılıb. Media subyektləri nümayəndələrinin də iştirakı ilə Komissiya üzvlərinin geniş müzakirəsi nəticəsində, vətəndaşların seçki hüquqlarının daha səmərəli təmin olunması üçün hərtərəfli və obyektiv araşdırılan müraciətlərlə bağlı müvafiq qərarlar qəbul edilib.

Mərkəzi Seçki Komissiyasının iclasında, həmçinin bələdiyyə seçkilərinə hazırlıq istiqamətində proseslərin qanunvericiliyin tələblərinə uyğun gedişi barədə məlumat verilib, müxtəlif məsələlərə dair statistik göstəricilər diqqətə çatdırılıb və cari məsələlərə baxılıb.

Nəşr edilib : 08.01.2025 17:57