Azərbaycan səfiri İranın vitse-prezidenti ilə iqli...
19:38 21.12.2024
0
0
0
İmtahanın əsas məqamı onda istifadə olunan tapşırıqlar, testlər və imtahanın məzmunudur. İmtahanın məzmunu ilə hər kəs məşğul ola bilməz. Bu, xüsusi elmdir. Qiymətləndirmə, psixrometrik testlərlə məşğul olan mütəxəssislər, demək olar ki, bizim ölkəmizdə yoxdur, çox azdır.
"Şərq qapısı" xəbər verir ki, bu fikirləri Dövlət İmtahan Mərkəzinin İdarə Heyətini sədri Məleykə Abbaszadə jurnalistlərə müsahibəsində deyib. Onun sözlərinə görə, ölkəmizdə qiymətləndirmə, psixrometrik testlərlə məşğul olan mütəxəssislərin çox az olması barədə fikri elm və təhsil naziri də bir neçə dəfə öz çıxışlarında qeyd edib.
“Bizdə 30 ildən çoxdur ki, bu sahədə səylər göstərilməsinə, şöbələrin fəaliyyət göstərməsinə, bu sahədə mütəxəssislərin işləməsinə baxmayaraq, bu yalnız Dövlət İmtahan Mərkəzi ilə əlaqədə olan işçilərimizidir və bir neçə ekspertdir. İmtahanların kütləviliyi, imtahanlarda yeni növ tapşırıqların istifadəsi, yazı işlərinin istifadəsi ona gətirib çıxarır ki, biz psixometriya ilə, biliyin qiymətləndirilməsi ilə məşğul olan mütəxəssislərə həm Dövlət İmtahan Mərkəzində, həm də Elm və Təhsil Nazirliyində çox böyük ehtiyac olduğunu görürük. Ona görə də biz 3 aylıq yeni bir proqram hazırlamışıq. Bu proqrama gənclər də, təcrübəli müəllimlər də qoşula bilərlər. Psixometriyaya aid müəyyən təlim modulları hazırlanıb. Bu kurslardan keçənlər sonra bizim işlərimizə cəlb olunacaqlar”, - deyə Məleykə Abbaszadə bildirib.
Digər xəbərlər