NAXÇIVAN :

23 Noyabr 2024, Şənbə

Məişət zorakılığı ilə mübarizəyə həsr edilmiş təlimin açılışı olub

...

Oktyabrın 10-da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə vəkillər və hakimlər üçün “Məişət zorakılığı ilə mübarizə və məişət zorakılığından zərər çəkmiş şəxslərlə davranış” mövzusunda təlimin açılış mərasimi keçirilib.

Mərasimdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova təlimin keçirilməsində məqsədin mövcud qanunvericiliyin imkanlarından daha geniş istifadə etməklə məişət zorakılığının qarşısının alınması, zərərçəkmiş şəxslərin hüquqlarının müdafiəsi və qorunması istiqamətində bilik və bacarıqların artırılması olduğunu deyib.

O, məişət zorakılığının ailələrin, ümumilikdə cəmiyyətin həyat fəaliyyətinin əsaslarını pozan ciddi sosial problem olduğunu bildirib. Qeyd edib ki, digər zorakılıq əməllərindən fərqli olaraq bu halların fəsadları daha ağır və uzunmüddətlidir. Bu gün məişət zorakılığının qarşısının alınması dövlət və ictimai maraq dairəsinə daxil olan mühüm məsələlərdən biridir. Məişət zorakılığının qarşısının alınması sahəsində qanunvericilik bazası daim təkmilləşdirilir.

Nəşr edilib : 10.10.2024 17:03