NAXÇIVAN :

10 Aprel 2025, Cümə axşamı

Mehdi Əliyev Naxçıvan Ali Məhkəməsinə hakim təyin ediləcək

...

Mehdi Əliyev Naxçıvan Ali Məhkəməsinə hakim təyin ediləcək.

"Şərq qapısı" xəbər verir ki, bununla bağlı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında məsələ müzakirə olunub.

İclasda Mehdi Ədalət oğlu Əliyevin Naxçıvan Ali Məhkəməsinin hakimi təyin edilməsi təklif olunub.

Layihə müzakirələrdən sonra Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Qeyd edək ki, M.Əliyev bundan əvvəl Şərur Rayon Məhkəməsinin sədri olub.

Nəşr edilib : 07.04.2025 11:21