QMİ sədri Əbu-Dabidə bir sıra görüşlər keçirib...
21:22 06.02.2026
0
0
0
Azərbaycan Respublikası Prezidentinin 12 yanvar 2021-ci il tarixli Fərmanı ilə yaradılan Medianın İnkişafı Agentliyinin fəaliyyətə başlamasından 5 il ötür. Bu müddət ərzində agentlik ölkədə media sahəsində islahatların aparılması, peşəkar jurnalistikanın inkişafı, müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi və sağlam informasiya mühitinin formalaşdırılması istiqamətində mühüm fəaliyyət həyata keçirib.
Medianın inkişafına yönələn dövlət siyasətinin icrasında agentlik etibarlı institusional mexanizm kimi çıxış edir. Xüsusilə regional medianın dəstəklənməsi, yerli media qurumlarının gücləndirilməsi və institusional inkişafına göstərilən diqqət təqdirəlayiqdir.
Ali Məclisin orqanı olan “Şərq qapısı” qəzeti Medianın İnkişafı Agentliyinin dəstəyini daim öz üzərində hiss edib. Bu dəstək 105 illik zəngin tarixə malik qəzetimizin fəaliyyətində mühüm rol oynayır.
Medianın İnkişafı Agentliyinin yaradılmasının 5 illiyi münasibətilə “Şərq qapısı” qəzetinin kollektivi adından Agentliyin kollektivini təbrik edir, media sahəsində gördüyü işlərdə və gələcək fəaliyyətində uğurlar arzulayırıq.
Digər xəbərlər