NAXÇIVAN :

21 Noyabr 2024, Cümə axşamı

Mədəniyyət müəssisələrində bir sıra rəhbər və ümumi vəzifələrə işə qəbul üçün elan olunmuş müsabiqənin müsahibə mərhələsi başlayır

...

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin sistemində fəaliyyət göstərən mədəniyyət müəssisələrində bir sıra rəhbər və ümumi vəzifələrə işə qəbul üçün 21 avqust 2024-cü il tarixdə elan olunmuş müsabiqənin müsahibə mərhələsi başlayır. Müsahibə 28 sentyabr- 5 oktyabr 2024-cü il tarixləri arasında Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin inzibati binasında keçiriləcək.
Müsabiqə mərhələsində 20  dəqiqə ərzində namizədlərin peşəkarlıq qabiliyyətləri, şəxsi keyfiyyətləri və ümumi dünyagörüşü müsahibə proqramına uyğun olaraq komissiya tərəfindən yoxlanılır. Komissiya müsahibə zamanı namizədləri müvafiq meyarlar əsasında 5 ballıq  sistem əsasında qiymətləndirilir. Namizədlər meyarlar üzrə ortalama 3 bal topladıqda bu mərhələni uğurla keçmiş sayılır.

Müsabiqənin nəticəsi barədə məlumat müsahibənin keçirildiyi gündən 1 iş günü müddətində nazirliyin rəsmi səhifəsində (nculture.gov.az) paylaşılacaq. Namizədlər imtahana gələrkən şəxsiyyət vəsiqələrini, dövlət nümunəli təhsil sənədinin (diplomun) və ya ali (orta ixtisas) təhsili müəssisəsini bitirmə haqqında sənədi özləri ilə birlikdə gətirməlidirlər. 
Müsahibədə iştirak edəcək namizədlər müsahibə qrafiki ilə https://nculture.gov.az/i-s-q-bul linki vasitəsilə tanış ola bilərlər:
Namizədlər, həmçinin qeyd olunan linkə nazirliyin saytı və "Instagram" səhifəsinin status bölməsindən də daxil ola bilərlər.
Qeyd edək ki, müsabiqəyə sənəd qəbulu 21 avqust 2024-cü il tarixdən 10 sentyabr 2024-cü il tarixədək həyata keçirilib.Müsabiqə sənədlərin qəbulu və müsahibədən ibarət olmaqla, iki mərhələdə təşkil olunur.

Nəşr edilib : 21.09.2024 20:03