Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində şəhərlə...
18:33 08.09.2026
0
0
0
Azərbaycan Orta Dəhliz üzərində əvəzolunmaz qovşaqlardan biridir.
"Şərq qapısı" xəbər verir ki, bunu Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) Cənubi Qafqaz üzrə infrastruktur və enerji sahəsində regional rəhbəri Andriy Maksimoviç Bakıda keçirilən “Black and Caspian Freight Forum 2026: Corridors, Infrastructure, Investments” adlı 5-ci Beynəlxalq Konfrans və Sərgidə deyib.
"Hesab edirəm ki, burada cəlb olunmaq üçün kifayət qədər imkanlar var. Bu da bir çox investisiyaların qoyulmasından və yumşaq koordinasiya nöqteyi-nəzərindən lazımi addımların atılmasından asılıdır. Lakin təbii ki, özəl sektor tərəfindən risklərin üzərinə götürülməsi də vacibdir", - deyə A.Maksimoviç əlavə edib.
O qeyd edib ki, Bakı Limanında özəl terminallar mövcuddur. Yükdaşıma və logistika biznesi böyük ölçüdə özəl sektorda cəmləşib: “Düşünürəm ki, imkanlar çoxdur. Dövlətin öz üzərinə düşəni edib bu əlverişli mühiti yaratması təqdirəlayiqdir. Hazırda hökumətlərin Orta Dəhlizə daha çox investisiya yatırmaqla yanaşı, ölkələr arasında addımların koordinasiyası və uzlaşdırılmasına daha çox diqqət ayırması müsbət bir dinamikadır”
Digər xəbərlər