NAXÇIVAN :

15 Aprel 2025, Çərşənbə axşamı

“Mədəniyyət – keçmişin sədası, gələcəyin əmanəti” adlı diskussiya keçirilib

...

“Konstitusiya və Suverenlik İli” çərçivəsində Mədəniyyət üzrə Elmi-Metodik Mərkəzin və  Babək rayon uşaq musiqi məktəbinin birgə təşkilatçılığı ilə Dünya İncəsənət Gününə həsr olunmuş diskussiya keçirilib. 

“Mədəniyyət – keçmişin sədası, gələcəyin əmanəti” adlı diskussiyada Mədəniyyət üzrə Elmi-Metodik Mərkəzin direktoru Səyyar Məmmədov çıxış edərək bildirib ki, 2019-cu ilin 12-27 noyabr tarixlərdə UNESCO Baş Konfransının Parisdə keçirilən 40-cı sessiyasında 15 aprel tarixi Dünya İncəsənət Günü kimi təsis edilib. UNESCO bayrağı altında qeyd olunan bu gün incəsənətin inkişafını, yayılmasını və insanlara zövq yaşatmasını təşviq etmək məqsədi daşıyır.
Vurğulanıb ki, Azərbaycan incəsənəti də dünya mədəniyyətinin tərkib hissəsidir. Belə ki, xalqımız ən qədim zamanlardan bu günə kimi istər folklor nümunələri, istərsə də yazılı incəsənət abidələri ilə bəşər mədəniyyətinə misilsiz töhfələr verib.

Sonra mövzu ilə bağlı Mədəniyyət üzrə Elmi-Metodik Mərkəzin şöbə müdiri S. Rəhimovanın, metodisti T. Məmmədlinin, Babək rayon uşaq musiqi məktəbinin direktoru R. Hacıyevin, məktəbin müəllimlərindən S. Məmmədovun və G. Əhmədovanın iştirakı ilə müzakirələr aparılıb, diskussiya iştirakçılarının sualları cavablandırılıb.

Nəşr edilib : 14.04.2025 15:33