Azərbaycan səfiri İranın vitse-prezidenti ilə iqli...
19:38 21.12.2024
0
0
0
NAXÇIVAN :
21 Dekabr 2024, Şənbə
Naxçıvan şəhərində 4-7 sentyabr tarixlərində keçiriləcək yeniyetmə qızlar arasında voleybol üzrə "Muxtariyyət kuboku" uğrunda birinciliyə hazırlıqlar davam edir. Baş məşqçi Səməd Əkbərinin rəhbərlik etdiyi heyətlə Naxçıvan komandasında müntəzəm məşqlər icra olunur.
Bu gün Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri səlahiyyətlərinin müvəqqəti icraçısı, nazir müavini Məcid Seyidov İlham Əliyev adına Olimpiya İdman Kompleksində keçirilən məşq prosesini izləyib, komandanın məşqçi və idmançıları ilə söhbətləşib. Naxçıvanda köklü voleybol ənənələrinin və məşqçi-idmançı bazasının olduğun xatırladan nazir müavini buna baxmayaraq, Naxçıvan Voleybol Federasiyasındakı struktur dəyişikliklərindən sonra bu sahədə ciddi irəliləyişlərin müşahidə olunduğunu, faydalı əməkdaşlıq əlaqələrinin qurulduğunu diqqətə çatdırıb. Məcid Seyidov Naxçıvanda qızların idmana təşviqi baxımından voleybolda görülən işləri yüksək qiymətləndirib və əlavə edib ki, komanda heyətindəkı oyunçuların davamlı inkişafı, intensiv məşqçi işi qarşıdakı turnir üçün gözləntiləri daha da artırır.
Dəstəyə görə təşəkkürünü bildirən baş məşqçi Səməd Əkbəri komandanın hazırkı durumu və idmançıların gələcək perspektivləri barədə danışıb. Qeyd edib ki, yaxın gələcəkdə qızlarımız arasından milli komanda səviyyəsində peşəkar idmançılar yetişə bilər. Hazırkı şərait və imkanlar bu baxımdan lazımı səviyyədədir.
Nazir müavini təmsil etdiyi qurum tərəfindən voleybolun, ümumilikdə idmançıların inkişafına göstərilən dəstəyin bundan sonra da davam etdiriləcəyini vurğulayıb, komandanın hər bir üzvünə uğurlar arzulayıb. Sonda xatirə fotosu çəkilib.
Xatırladaq ki, Azərbaycan Voleybol Federasiyasının dəstəyi, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Naxçıvan Voleybol Federasiyası tərəfindən birgə təşkil olunacaq yarışda Naxçıvan təmsilçisi ilə yanaşı U-16 Azərbaycan millisi, Gəncə, Sumqayıt, Tovuz, Şərqi Zəngəzur Regional Voleybol klubları, qardaş Türkiyənin Əskişəhər və İğdır şəhərlərinin komandaları da iştirak edəcək.
Digər xəbərlər