NAXÇIVAN :

23 Aprel 2026, Cümə axşamı

Maqdalena Qrono: Naxçıvan mühüm logistika mərkəzinə çevriləcək

...

Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono Naxçıvana səfərinin məqsədini şərh edərkən bu bölgənin strateji əhəmiyyətini vurğulayıb.

Onun sözlərinə görə, Naxçıvan Avropa və Asiya qitələri arasında yerləşən qlobal infrastruktur marşrutunun tam mərkəzində qərarlaşdığı üçün gələcəkdə mühüm logistika mərkəzinə çevriləcək.

“Əlbəttə, Naxçıvan mühüm strateji əhəmiyyətə malik bir ərazidir və burada bir çox əsas kommunikasiya xətləri və yolları kəsişir. Təəssüf ki, bu yolların bir çoxu uzun illərdir bağlı vəziyyətdədir və onlar eyni zamanda keçmiş münaqişənin bir hissəsini təşkil edib. Regionda kommunikasiya imkanları məhdud olub. Lakin hesab edirəm ki, hazırda bu yolların açılması və ümumilikdə nəqliyyat-kommunikasiya infrastrukturunun inkişafı bütün region ölkələrinə fayda verəcək. Məhz bu kontekstdə biz buradayıq. Həm yolların açılması, həm də Avropa ilə Asiya – o cümlədən Orta Asiya ölkələri – arasında əlaqələrin qurulması və genişləndirilməsi bizim üçün prioritet məsələlərdəndir,” – deyə Maqdalena Qrono bildirib.

Nəşr edilib : 01.09.2025 16:32