Azərbaycan-Kot-d'İvuar ikitərəfli münasibətləri mü...
21:19 24.09.2026
0
0
0
Azərbaycan-Ermənistan sülh prosesindəki son irəliləyişlər hər iki ölkə və bütövlükdə Cənubi Qafqaz üçün vacibdir.
"Şərq qapısı" xəbər verir ki, bunu Gürcüstanın Baş nazirinin müavini, xarici işlər naziri Maka Boçorişvili BMT Sülh Quruculuğu Komissiyasının Nazirlər Şurasında çıxışı zamanı bildirib. Onun sözlərinə görə, daha dinc və proqnozlaşdırılan Cənubi Qafqaz iqtisadi inkişaf, investisiya, əməkdaşlıq və regional bağlantı üçün daha böyük imkanlar yaradacaq.
Nazir qeyd edib ki, Gürcüstan regionu daha geniş beynəlxalq bazarlarla birləşdirən infrastruktur və bağlantı layihələrinə investisiya yatırır. Onun sözlərinə görə, Cənubi Qafqazda sabitliyin güclənməsi bu imkanları daha da genişləndirə və bütövlükdə regionun iqtisadi inkişafına töhfə verə bilər.
Digər xəbərlər