NAXÇIVAN :

20 May 2025, Çərşənbə axşamı

Maarifləndirici təlim keçirilib

...

Babək rayonunda Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən “Uşaq təhlükəsizliyinə psixoloji baxış” mövzusunda məişət zorakılığının qarşısının alınması sahəsində təlim keçirilib.
Təlimdə Babək Rayon İcra Hakimiyyəti başçısının müavini Səbinə Abbasova çıxış edərək məişət zorakılığının uşaqlar üzərində buraxdığı mənfi təsirləri vurğulamış və bu kimi halların qarşısının alınmasında maarifləndirmə tədbirlərinin mühüm rol oynadığını bildirmişdir.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aytən Məmmədova çıxış edərək bildirmişdir ki, müasir dövrdə uşaq hüquqlarının qorunması və uşaqların fiziki, emosional və psixoloji təhlükəsizliyinin təmin olunması bütün cəmiyyətin prioritet istiqamətlərindən birinə çevrilib. Xüsusilə məişət zorakılığına məruz qalan uşaqların psixoloji müdafiəsi, onların sağlam inkişafı üçün həyati əhəmiyyət daşıyır. Unutmayaq ki, gender münasibətləri ilk olaraq ailədə formalaşır. Uşaqların böyüməsində və tərbiyəsində valideynlərin bərabər iştirakı onların şəxsiyyət kimi formalaşmasında mühüm rol oynayır. Eyni zamanda bu gün cəmiyyətimiz üçün digər ciddi narahatlıq doğuran məsələlərdən biri də erkən nikahlardır. Erkən nikahlar, təkcə fərdlərin hüquqlarına deyil, gələcək nəsillərin sağlamlığına və ailə institutunun sabitliyinə də mənfi təsir göstərir. Bu sahədə də dövlətimiz tərəfindən ciddi hüquqi addımlar atılmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  2024-cü il 28 iyun  tarixdə imzaladığı Qanunla Azərbaycan Respublikasının Ailə Məcəlləsinə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklər erkən nikaha və qohum evliliyinə təşəbbüs göstərən şəxslərin məsuliyyətə cəlb olunmasını nəzərdə tutur. Bu dəyişikliklər ailələrimizin daha sağlam və möhkəm əsaslar üzərində qurulmasına xidmət edir.
“Autizmli uşaqlara dəstək” İctimai Birliyinin təsisçisi, klinik psixologiya üzrə fəlsəfə doktoru, dosent doktor Ayaz Seyidli çıxışında qeyd etmişdir ki, məişət zorakılığı istər fiziki, istər psixoloji, istərsə də emosional olsun, ailə daxilində baş verən və ən çox uşaqlara mənfi təsir edən hadisələrdən biridir. Uşaq zorakılığın birbaşa qurbanı olmasa belə bu atmosferdə böyüməsi onun psixoloji inkişafına ciddi zərbə vurur. A.Seyidli vurğulamşdır ki, uşaq təhlükəsizliyi sadəcə fiziki qorunma deyil, həm də psixoloji rifahın, emosional sabitliyin və sevgi dolu münasibətlərin təmin olunmasıdır.
Təlim disskusiya şəraitində davam edib.

Nəşr edilib : 20.05.2025 17:44