Dializ xəstələri üçün dərmanlar təhvil verilib...
22:12 20.05.2025
0
0
0
Sizi böyük sevinc və həyəcanla 2025-ci il 30-31 may tarixlərdə "Naxçıvanqala" Tarix-Memarlıq Muzey Kompleksində baş tutacaq “Göycə festivalı”na dəvət edirik!
Bu iki gün ərzində Naxçıvan təkcə göycənin ətri ilə deyil, həm də musiqi, mədəniyyət, əyləncə və zəngin təqdimatlarla nəfəs alacaq!
Festival çərçivəsində muxtar respublikamızın şəhər və rayonları tərəfindən hazırlanacaq stendlərdə:
—bölgələrimizin dadlı və təbii göycələri, onlardan hazırlanan məhsullar;
- tarixi-mədəni irs;
- və turizm potensialı qonaqlara təqdim olunacaq.
Eyni zamanda bölgələrimizdə fəaliyyət göstərən sahibkarlar və məhsul istehsalçıları da bu rəngarəng tədbirin iştirakçıları sırasında yer alacaq. Onların təqdim etdiyi yerli nemətlər hər kəsin zövqünü oxşayacaq.
Festivalın rəsmi açılışı:
30 may, saat 17:00.
Açılış mərasimində sizi rəngarəng musiqili proqram, eləcə də gənc könüllülərin iştirakı ilə fləşmob gözləyir!
“Göycə festivalı” yalnız bir tədbir deyil – bu, Naxçıvanın təbiətinə, zəhmətkeş insanlarına, qədim tarix və mədəniyyətinə həsr olunmuş böyük bir bayramdır. Bu festival yerli məhsullarımızın tanıdılması, turizm imkanlarımızın geniş auditoriyaya çatdırılması və mədəni irsimizin yaşadılması baxımından əvəzolunmaz imkan yaradır.
Gəlin birlikdə Naxçıvanın dadını, rəngini və ruhunu yaşayaq!
Sizi “Göycə festivalı”nda gözləyirik!
Digər xəbərlər