Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub
09:07 19.04.2025
0
0
0
17 aprel 2025-ci il tarixdə Naxçıvan Dövlət Universiteti nəzdində Naxçıvan Musiqi Kollecində Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində istehsalat təcrübəsi keçən Naxçıvan Dövlət Universitetinin Sosial iş ixtisası üzrə IV kurs tələbələrinin hazırladığı “Sağlam ətraf mühit və sağlam həyat tərzi” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.
Tədbirdə kollecin direktoru Məhəbbət Babayeva çıxış edərək bildirmişdir ki, maarifləndirmə işində gənclərin rolunun artırılması məqsədilə tələbələrin müvafiq mövzularda layihə hazırlaması təqdirəlayiq haldır. Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə həyata keçirilən bu kimi tədbirlər gənc nəslin inkişafına xidmət edir.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq problemləri şöbəsinin baş məsləhətçisi Müşərrəf Bağırova çıxış edərək komitənin keçirdiyi maarifləndirmə tədbirlərinin əhəmiyyətindən geniş bəhs etmiş, bildirmişdir ki, bu kimi tədbirlər gələcək nəslin inkişafına mühüm töhfələr verir. Həmçinin komitədə təcrübə keçən tələbələrin praktika müddəti ərzində əldə etdikləri bilik-bacarıqlar onların gələcək fəaliyyətinə stimul verəcəkdir.
Daha sonra komitədə təcrübə keçən tələbələr Ləman Abbasova və Nurlan Əliyev “Sağlam ətraf mühit”, “Zərərli vərdişlər”, “Sağlam həyat tərzi” mövzularında təqdimatla çıxış ediblər. Həmçinin Naxçıvan Dövlət Universitetinin Karyera, təcrübə və məzunlarla iş sektorunun müdiri Aynurə Seyidova çıxış edərək bildirmişdir ki, təcrübə müddəti ərzində tələbələrin aktiv iştirakı, onların hazırladığı layihə əsasında tədbirin təşkil olunması çox sevindirici haldır.
75 nəfərin iştirak etdiyi tədbirdə sonda mövzu ilə bağlı təbliğat vəsaitləri iştirakçılara paylanılmışdır.
Digər xəbərlər