Fövqəladə Hallar Nazirliyi MDB ölkələrinin birgə t...
11:39 24.05.2025
0
0
0
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Babək Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Yetkinlik yaşına çatmayan şəxslərin erkən evliliyi ilə bağlı mərasimlərin keçirilməsi ilə əlaqədar fiziki şəxslərin maarifləndirilməsi” mövzusunda tədbir keçirilib.
Tədbiri giriş sözü ilə Babək Rayon İcra Hakimiyyətinin əməkdaşı Lamiyyə İbrahimova açaraq cəmiyyət üçün bu mövzunun əhəmiyyətli olduğundan bəhs edib.
Komitənin Ailə, qadın problemləri və gender məsələləri şöbəsinin baş məsləhətçisi Firuzə Hüseynova təqdimatla çıxış edərək erkən nikah halları, erkən nikahın səbəbləri, psixoloji, sosial, emosional fəsadları, erkən nikahın qarşısının alınması üçün hüquqi bazanın gücləndirilməsindən, erkən nikahla mübarizə üsullarından, dini kəbin kəsmələr zamanı tətbiq olunan qanunvericilik ilə bağlı məlumat verib.
Tədbirdə mövzu ilə bağlı videoçarx nümayiş olunub və tədbir diskussiya şəklində davam edib.
Digər xəbərlər