İran İslam Respublikasının Prezidenti Zati-aliləri...
17:07 27.04.2025
0
0
0
23 aprel 2025-ci il tarixdə Şıxmahmud kənd tam orta məktəbində yuxarı sinif şagirdləri, müəllim və valideynlərin iştirakı ilə “Uşaq əməyinin istismarının qarşısının alınması” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Babək Rayon İcra Hakimiyyətinin əməkdaşı Abbas Müştəliyev keçirilən tədbirin əhəmiyyətini vurğulamışdır. Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Müşərrəf Bağırova bildirib ki, ölkəmizin milli qanunvericilik sistemi uşaq hüquqları ilə bağlı müxtəlif beynəlxalq sənədlərdən irəli gələn normalar əsasında daha da təkmilləşdirilib.
Daha sonra komitədə istehsalat təcrübəsi keçən tələbələrdən Ləman Abbasova təqdimat vasitəsilə tədbir iştirakçılarına uşaq əməyinin qadağan olunması halları haqqında ətraflı məlumat verib. Bildirilib ki, uşaq əməyinin istismarı uşaqların fiziki, əqli, emosional və sosial inkişafına mənfi təsir göstərən amildir. Buna görə də valideynlər və cəmiyyətin digər üzvləri uşaq əməyinin zərərləri və qanunsuzluğu barədə məlumatlandırılır. Komitə tərəfindən keçirilən maarifləndirmə tədbirləri uşaqların təhsilinə və sağlamlığına daha çox diqqət artırılmasını təşviq edir.
Naxçıvan Dövlət Universitetinin Psixologiya ixtisası üzrə IV kurs tələbəsi Həcər Ələsgərova mövzu ilə bağlı fikirlərini bildirmişdir.
Sonda Şıxmahmud kənd tam orta məktəbinin direktoru Məhəbbət Rəsulova mövzu ilə bağlı çıxış edərək şagirdlərin maarifləndirilməsinin əhəmiyyətindən bəhs etmişdir.
Tədbir diskussiya formatında davam etmiş və mövzu ilə bağlı broşürlər paylanılmışdır.
Digər xəbərlər