Ərdoğan: Azərbaycan və Pakistanla birlikdə yeni ad...
22:41 22.04.2025
0
0
0
22 aprel 2025-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Naxçıvan Mediasiya Təşkilatının və Kəngərli Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Ailə münaqişələrinin həlli üçün mediasiyanın rolunun gücləndirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirin əvvəlində Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda şəhadətə yüksələn şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Kəngərli Rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdiri Rəşad Həsənzadə tədbiri giriş sözü ilə açaraq keçirilən tədbirin əhəmiyyətini vurğulamışdır. Daha sonra söz Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Aparatının rəhbəri Eltun Həziyevə verilmişdir. E.Həziyev fundamental ailə dəyərlərimiz sisteminin tarixən formalaşmış prinsiplərindən, dövlətin ailənin dayaqlarının möhkəmləndirilməsi və uşaqların sağlam inkişafı üçün mühüm hüquqi mexanizmlər formalaşdırdığından bəhs etmişdir. E.Həziyev, həmçinin mediasiyanın vətəndaşlara da məhkəmə proseslərinə getmədən, mediasiya prosesində iştirak etməklə mübahisələrin qısa vaxt ərzində, peşəkar hüquqi yardımdan istifadə etmədən həll edilə biləcəyini vurğulamışdır.
Daha sonra Naxçıvan Mediasiya Təşkilatının mediatoru Orxan Abbasov çıxış edərək ailə dəyərləri və mediasiya ilə bağlı fikirlərini diqqətə çatdırmış, mediasiya institutunun müvafiq sahədə həyata keçirdiyi fəaliyyətlər barədə məlumat vermiş, milli dəyərlər, mediasiya və hüquq sisteminin həyata keçirilməsindən ətraflı bəhs etmişdir.
Tədbirdə 85 nəfər iştirak etmişdir.
Digər xəbərlər