Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları...
13:57 19.04.2025
0
0
0
18 aprel 2025-ci il tarixdə Naxçıvan şəhər 10 nömrəli tam orta məktəbdə yuxarı sinif şagirdləri, müəllim və valideynlərin iştirakı ilə “Uşaq əməyinin istismarının qarşısının alınması” mövzusunda maarifləndirici tədbir keçirilib.
Naxçıvan Şəhər İcra Hakimiyyətinin əməkdaşı Rəfail Əhmədov tədbiri giriş sözü ilə açaraq bildirib ki, ölkəmizin milli qanunvericilik sistemi uşaq hüquqları ilə bağlı müxtəlif beynəlxalq sənədlərdən irəli gələn normalar əsasında daha da təkmilləşdirilib.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Elsun Cahangirli təqdimat vasitəsilə tədbir iştirakçılarına uşaq əməyinin qadağan olunması halları haqqında ətraflı məlumat verib. Bildirilib ki, uşaq əməyinin istismarı uşaqların fiziki, əqli, emosional və sosial inkişafına mənfi təsir göstərən amildir. Buna görə də valideynlər və cəmiyyətin digər üzvləri uşaq əməyinin zərərləri və qanunsuzluğu barədə məlumatlandırılır. Komitə tərəfindən keçirilən maarifləndirmə tədbirləri uşaqların təhsilinə və sağlamlığına daha çox diqqət artırılmasını təşviq edir.
Daha sonra Naxçıvan Şəhər Təhsil Şöbəsinin əməkdaşı Ceyran Məmmədova mövzu ilə bağlı fikirlərini bildirmişdir.
Tədbir diskussiya formatında davam etmiş və mövzu ilə bağlı broşürlər paylanılmışdır.
Digər xəbərlər