NAXÇIVAN :

21 Aprel 2026, Çərşənbə axşamı

Ləzzət Group-un 30 illik yubileyi münasibətilə görüşlərə start verilib

...

Ləzzət Group-un 30 illik yubileyi münasibətilə şirkətin rəhbərliyi tərəfindən müəssisədaxili silsilə görüşlərə start verilib. Bu görüşlər çərçivəsində şirkət rəhbəri Teymur Rzayev müəssisələrdə çalışan əməkdaşlarla bir araya gəlir və onların hər birinə şəxsi təşəkkürnamələr təqdim edir.
Qeyd edək ki, görüşlər 7 gün ərzində Ləzzət Group-un müxtəlif istehsalat bölmələrinin işçi heyəti ilə həyata keçiriləcək.
Şirkətin bu təşəbbüsü 30 illik inkişaf yolunda əməkdaşların roluna verilən dəyərin və təşəkkürün ifadəsidir. Yubiley münasibətilə həyata keçirilən bu təşəbbüs şirkət üçün dəyərlərin və birliyin simvoludur. Eyni zamanda görüşlərdə əməkdaşlarla Ləzzət Group-un  gələcək planları barədə fikir mübadiləsi aparılır.
Xatırladaq ki, Ləzzət Group 1995-ci ildən fəaliyyət göstərir və bu gün ölkənin aparıcı qida istehsalçılarından biri kimi tanınır.

Nəşr edilib : 29.07.2025 18:25