Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri...
19:47 24.08.2026
0
0
0
NAXÇIVAN :
24 Avqust 2026, Bazar ertəsi
Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana dövlət səfəri fransızdilli “LaGazetteaz” nəşrinin də diqqətini cəlb edib. Nəşrdə səfərin əsas məqamları, Daşkənddəki rəsmi qarşılanma mərasimi, ölkələr arasında sənədlərin imzalanması və ikitərəfli münasibətlərin inkişafı ön plana çıxarılıb.
"Şərq qapısı" xəbər verir ki, qəzetdə yayımlanan məqalədə səfər çərçivəsində iki ölkə arasında müxtəlif sahələr üzrə rəsmi sənədlərin imzalanması və mübadiləsindən də bəhs olunub. Qeyd edilib ki, bu sənədlər Bakı ilə Daşkənd arasında siyasi, iqtisadi və digər istiqamətlərdə əməkdaşlığın daha da genişləndirilməsinə yönəlib.
Həmçinin Azərbaycan və Özbəkistan arasındakı münasibətlərin son illərdə sürətlə inkişaf etdiyi vurğulanır. Qeyd olunur ki, iki ölkə arasında əlaqələr tarixi, mədəni və mənəvi yaxınlıqla yanaşı, iqtisadi və strateji əməkdaşlıqla da möhkəmlənir. Prezident İlham Əliyev də ikitərəfli münasibətlərin son illərdə misli görünməmiş inkişaf mərhələsinə daxil olduğunu bildirib.
Məqalədə iki ölkə arasında “Əbədi dostluq haqqında Müqavilə”nin imzalandığı da xüsusi qeyd edilib.
Qəzetdə Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri yalnız diplomatik hadisə deyil, həm də Bakı ilə Daşkənd arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsi baxımından mühüm siyasi addım kimi təqdim olunur.
Digər xəbərlər