Nazir müavini: Azərbaycan-Serbiya mədəni əməkdaşlı...
21:36 03.05.2026
0
0
0
NAXÇIVAN :
03 May 2026, Bazar
2022-ci il avqustun 26-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev xalqımızı xoş müjdəli xəbərlə sevindirdi: “Bu gün avqustun 26-da biz - azərbaycanlılar Laçın şəhərinə qayıtmışıq. Azərbaycan Ordusu Laçın şəhərinə yerləşdi. Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bütün laçınlıları və Azərbaycan xalqını bu münasibətlə təbrik edirəm. Yaşasın Laçın! Yaşasın Azərbaycan!”
“Laçın rayonunun işğaldan azad olunması tarixi hadisədir. Özü də bir güllə atmadan biz Laçın rayonunu qaytardıq. Düşməni buna məcbur etdik. Döyüş meydanında əldə edilmiş parlaq qələbə bu gözəl nəticəyə gətirib çıxardı ki, üç rayonumuz - Ağdam, Kəlbəcər və Laçın bizə qaytarıldı. Biz bu rayonları bir güllə atmadan, bir şəhid vermədən qaytarmışıq”.
Bu sözləri “Şərq qapısı” qəzetinə müsahibəsində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Gülxarə Tarverdiyeva deyib.
Deputat vurğulayıb ki, bu gün Laçında həyat, doğrudan da, qaynayır. Laçın öz doğma insanlarını yenidən qoynuna alır. Rayonda həyata keçirilən genişmiqyaslı quruculuq işləri görənləri heyran edir. İkinci Qarabağ müharibəsində mərmilərin şırım açdığı, düşmənin xarabalığa çevirdiyi, igid oğullarımızın qanı tökülən torpaqlarda tarixi ədalətin, qələbənin, inkişafın, quruculuğun və şərəfli qayıdışın simvoluna çevrilən Ağalıda, Laçında, Füzulidə, işğaldan azad edilən bütün yurd yerlərində yeni firavan bir həyat başlayır. Vaxtilə göz yaşları içərisində tərk etdikləri ata-baba yurdlarına insanlar indi sevinclə, qürurla, şükranlıqla, hədsiz minnətdarlıqla qayıdırlar. Ağır müharibədən sonra azad edilən torpaqlarda aparılan genişmiqyaslı quruculuq işləri tariximizin şanlı, şərəfli, qəhrəmanlıq və davamlı inkişaf səhifəsidir, qətiyyətli sözün, gücün, qüdrətin, bir xalq olaraq birliyimizin simvoludur.
“Şanlı ordumuzun qəhrəmanlığı, rəşadəti və igidliyi sayəsində ermənilərin işğalı dövründə zülmətə və səssizliyə bürünən Qarabağa və Şərqi Zəngəzura Günəş yenidən nur saçır. Laçın şəhərində aparılan genişmiqyaslı quruculuq işləri ilə yanaşı, 30 ildən sonra doğma yurd yerlərinə qayıtmış laçınlıların qürur dolu baxışlarının və simalarında sevinc, xoşbəxt ifadələrinin də şahidi oluruq. Artıq həyatlarının yeni dövrünə qədəm qoyan laçınlıların doğma ocaqlarından, həyət-bacalarından gülüş səsləri eşidilir. Bu gün laçınlılar Laçın Şəhəri Gününü 30 il həsrətində olduqları doğma evlərində qürur və sevinc hissi ilə qeyd edirlər”- deputat Gulxarə Tarverdiyeva müsahibəsində deyib.
Deputat vurğulayıb ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin siyasəti, diplomatik məharəti unikaldır. O, regionun ən güclü Ordusunu, Cənubi Qafqazın ən güclü iqtisadiyyatını, ərazi bütövlüyümüzün qorunması və suveren hüquqlarımızın bərpa edilməsi üçün mühakiməsiz hüquqi bazanı yaratdı və bununla da Ermənistanın tarixi müttəfiqləri tərəfindən müharibənin gedişinə müdaxilədən, təzyiqdən Azərbaycanı qoruyaraq hərbi və diplomatik Qələbəyə nail ola bildi.
Digər xəbərlər