Azərbaycan, Ermənistan və ABŞ liderlərinin tarixi ...
00:42 08.08.2026
0
0
0
Laçın şəhərində yaşayış evlərinin yaxınlığındakı kol-kosluq sahədə yanğın baş verib.
“Şərq qapısı” xəbər verir ki, hadisə Qorxmaz Eyvazov küçəsində qeydə alınıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin Laçın Rayon Dövlət Yanğından Mühafizə hissəsinin texnikaları və canlı qüvvəsi cəlb olunub. Alov söndürülüb, ətraf ərazilərə keçməsinin qarşısı alınıb və yaxınlıqdakı yaşayış yerləri yanğından mühafizə olunub. Hadisə zamanı 200 kvadratmetrə yaxın sahədə quru ot və kol-kos yanıb.
Digər xəbərlər