Naxçıvan Muxtar Respublikasında 22 noyabra olan ha...
23:23 21.11.2024
0
0
0
Laçın şəhərində 24 fərdi evdə enerji təchizatının sabitliyini təmin etmək üçün günəş panelləri quraşdırılıb. 9 fərdi ev isə günəş kollektoruna qoşulub.
Bunu Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktorun vəzifələrini icra edən Tofiq İslamov Xəzər İnşaat Həftəsi çərçivəsində keçirilən panel müzakirəsində deyib.
Onun sözlərinə görə, Zabux və Sus kəndlərində bütün yaşayış evləri, iki məktəb və inzibati binalar günəş panelləri ilə təchiz olunub.
“Laçın rayonunda 80 milyon kilovat saatdan artıq yaşıl enerji istehsal olunub. Yaşıl enerji strategiyasına uyğun olaraq Laçın rayonunda 11 yerdə su elektrik stansiyaları qurulur. COP29 planına uyğun olaraq bərpa-tikinti prosesində ətraf mühitin mühafizəsi məsələsinə diqqət yetirilir, alternativ enerji mənbələrinin istifadəsinə böyük önəm verilir. Bu, evlərin damlarının üzərində quraşdırılmış günəş panellərində, şəhərdaxili işqlandırmanı təmin edən hibrid-solar lampaların istifadəsində öz əksini tapır”, - deyə Tofiq İslamov bildirib.
Digər xəbərlər