TDT-nin kosmik agentlikləri arasında Kosmik Sənaye...
15:59 06.10.2026
0
0
0
“Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslərin həvəsləndirilməsi və müdafiəsi haqqında” yeni qanun layihəsi hazırlanıb.
"Şərq qapısı" xəbər verir ki, bununla bağlı qanun layihəsi Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında müzakirəyə çıxarılıb.
Qanun layihəsinə görə, məlumat verən şəxslərin həvəsləndirilməsinin və müdafiəsinin əsas məqsədi şəffaflığın artırılması, korrupsiya ilə əlaqədar hüquqpozmaların aşkar edilməsi və qarşısının alınması, cəmiyyətdə korrupsiya təzahürlərinə qarşı dözümsüzlük mühitinin formalaşdırılması, korrupsiya ilə əlaqədar hüquqpozmaların törədilməsini istisna edən şəraitin yaradılmasıdır.
Sənəd layihəsində məlumat verən şəxslərin həvəsləndirilməsinin və müdafiəsinin əsas prinsipləri müəyyən edilib.
Digər xəbərlər