NAXÇIVAN :

23 Noyabr 2024, Şənbə

“KönüllüSən!” layihəsi çərçivəsində növbəti tədbir – Babək rayon Xalxal meşəsində “Gələcək üçün əl-ələ!” devizi altında mini kamp keçirilib

...

24 sentyabr tarixdə Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi ilə keçirilən “İdeyanı reallaşdır 2023” gənclərin fərdi layihələri üzrə qrant müsabiqəsinin qalibi, Naxçıvan Müəllimlər İnstitutunun tələbəsi, layihə rəhbəri Röya Məmmədovanın “KönüllüSən!” layihəsinin növbəti fəaliyyəti olan Babək rayon Xalxal meşəsində “Gələcək üçün əl-ələ!” devizi altında mini kamp keçirilib.
Tədbirdə iştirak edən tərəfdaş qurum – Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı Saleh Həsənov ölkədə, o cümlədən muxtar respublikada  gənclərin bu kimi layihə idarə edilməsi və təşəbbüslərinin hər tərəfli dəstəklənməsi ilə gələcək karyeralarında yeni imkanlar yaradılmasının onlar üçün əvəzedilməz bir fürsət olduğunu vurğulayıb, gəncləri hər zaman fəal olmağa çağırıb.
Tədbir çərçivəsində Naxçıvan Ekoloji Maarifləndirmə və Ətraf Mühitin mühafizəsinə dəstək ictimai birliyinin sədri Aygül Məmmədovanın "Sağlam həyatın tələbləri" mövzusunda təlimi dinlənilib, gənclər mövzu ilə bağlı komanda işləri ilə çıxış edərək yeni təkliflər səsləndiriblər.
Kamp gənclər üçün əyləncəli, yaddaqalan və öyrədici olub.  İştirakçılar əyləncəli oyunlar, musiqi sədaları ilə öz istedadlarını da nümayiş etdiriblər. Həmçinin kamp iştirakçıları müxtəlif bölgələrdən olan yaşıdları ilə tanış olub, yeni dostluqlar quraraq şəbəkələşmənin və sosiallaşmanın vacibliyini bir daha anlayıblar.
Tədbir iştirakçılar üçün çay fasiləsi ilə davam edib. Sonda xatirə şəkilləri çəkilib.

Nəşr edilib : 24.09.2024 18:33