Qarabağ Universiteti müəllim vakansiyaları elan ed...
20:34 22.04.2025
0
0
0
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən “Şərq qapısı”na verilən məlumata görə, Naxçıvanda könüllü gənclərin iştirakı ilə "Konstitusiya və Suverenlik İli" və Beynəlxalq Yer Kürəsi Günü ilə əlaqədar ekoloji aksiya təşkil olunub. Aksiya çərçivəsində Şəhidlər bağında ağaclara aqrotexniki qulluq göstərilib, suvarma işləri həyata keçirilib, ərazi irihəcmli daşlardan təmizlənib, eyni zamanda meyvə tingləri əkilib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin şöbə müdiri İlahə Haqverdiyeva, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı Saleh Həsənov və "Naxçıvan Qaziləri" İctimai Birliyinin sədr müavini Əli Əlisoy çıxışlarında ordumuzun tarixi zəfərindən, qəhrəman Vətən övladlarının şücaətindən, gənc nəslə miras buraxdığı mənəvi dəyərlərdən bəhs edib, birgə təşəbbüs əsasında gerçəkləşən aksiyanın şəhidlərimizin əziz xatirəsinə ithaf olunduğunu diqqətə çatdırıblar. Əlavə olunub ki, bu cür təşəbbüslər həm də cəmiyyətin diqqətini ekoloji problemlərə yönləndirmək, ətraf mühitin mühafizəsinə töhfə vermək məqsədinə xidmət edir.
Aksiyada adıçəkilən dövlət qurumlarının əməkdaşları, qazilərimiz, müxtəlif könüllü qrupların üzvləri iştirak ediblər.
Xatırladaq ki, "Əshabi-Kəhf Ziyarətgahı" Dini-Mədəni Abidə Kompleksinə gedən yolun kənarında yerləşən Şəhidlər bağı ötən ilin noyabrında salınıb. Bağda Naxçıvanın 1990-cı illərdən bu günə kimi şəhidlik zirvəsinə ucalan oğullarının hər birinin adına bir meyvə tingi əkilib.
Digər xəbərlər