NAXÇIVAN :

16 Aprel 2025, Çərşənbə

“Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş növbəti tədbir keçirilib

...

Qıvraq qəsəbə uşaq musiqi məktəbində “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş tədbir keçirilib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən məktəbin direktoru Ramin İmanlı Konstitusiyanın bizim hüquqi təməlimiz, suverenliyin isə milli kimliyimiz olduğunu bildirib. O, Konstitusiya dəyərlərini qoruyaraq suverenliyimizi daha da möhkəmləndirməli olduğumuzu diqqətə çatdırıb. 

Sonra məktəbin kamança ixtisası üzrə müəllimi Ruhiyyə Məmmədovanın sinif konserti keçirilib.

Konsert proqramı tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.

Nəşr edilib : 16.04.2025 12:02