Naxçıvan Muxtar Respublikasında 23 noyabra gözləni...
23:45 22.11.2024
0
0
0
NAXÇIVAN :
23 Noyabr 2024, Şənbə
Mən bu cümləni hər dəfə eşitdikdə, hətta kitablarda oxuduqda düşünürdüm ki, axı mahiyyəti nədir? Niyə belə deyirlər, yazırlar?
Arzu bu qədərmi həsrət dolu olarmış...
Cənab Ali Baş Komandanın "Biz qayıtdıq"cümləsilə xalqımıza səslənişi də bütün Azərbaycanı titrətdi, səs saldı dünyaya.
Yenə də idrak edə bilmirdim.
Ta ki, gedib görənə qədər...
Mən Vəlizadə Əsma 7-ci sinifdə oxuyuram.
Yay tətilini necə keçirdiniz haqda inşa yazmağı evə tapşırıq verdi dəyərli Azərbaycan dili müəllimim Samirə müəllimə.
Kövrək notlarla sarıldım qələmə.
Başladım yazmağa.
Hələ heç bir yay tətilim bu qədər qürurverici olmamışdı.
Çünki 26 avqust mənim doğum günüm idi.
Atam və anam mənə Şuşaya getməyi hədiyyə etdi.
Biz gecə saat 3 radələrində yola çıxdıq.
Həyəcanlı idim.
Atamın mənə hədiyyə etdiyi telefonla ilk Şuşada, Xankəndidə fotoşəkillər çəkdim.
Hisslərimi yazmaqla ifadə etməkdə çətinlik çəkirəm.
Çünki şəhidlərimizin qoxusu gəlirdi torpaqdan. Xudayarın "Dastana döndü" ifasını da Cıdır düzündə oxudum.
İçimə çəkdim şəhidlərin qoxusu gələn havanın.
Yol üzüyuxarı olmağına baxmayaraq qalxdım çətin olsa da.
Bizim əsgərlərimiz bu çətinliyi gözə alaraq canından keçib can qoydular Şuşada, Xankəndidə.
Yolda ayağım büdrədi yıxıldım. Hər kəs "can bala bir, şey olmadı ki"-, dedikdə uff belə demədim. Çünki ağrımadı.
Vətən yarası şirindir.
Gövhər Ağa məscidində namaz qılıb, dua edən xanımlar var idi. Allah şəhidlərimizə rəhmət eləsin.
Yatsam yuxuda da görməzdim ki, mən burada olacam.
Çox fərqli duyğular, təəssüratlar yaşadım.
30 illik - mən dünyaya gəlmədən belə - torpaq həsrəti bu imiş.
İndi anladım.
Sinif rəhbərim Münəvvər müəllim, ibtidai sinifdə mənə "Ana" və "Vətən" sözlərini öyrədən Mətanət müəllimim, 8 nömrəli məktəbin direktoru dəyərli Günay müəllimim, hər birinizə sonsuz təşəkkür edirəm, minnətdaram ki, vətənpərvər ruhda şagirdlər yetişdirib bizlərə doğma, səmimi yanaşaraq ailəmiz kimi dəstək olursunuz.
Könlüm keçir Qarabağdan! "Biz qayıtdıq" şüarını indi fəxrlə, qürurla deyirəm.
Allah şəhidlərimizə rəhmət eləsin.
Qarşınızda baş əyirəm.
Heydər Əliyev kimi öndər siyasətçi, Azərbaycanı canı qədər sevən babamızın "Mən həmişə fəxr etmişəm ki, bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam" sözünü də Xankəndidə uca səslə söylədim...
Vətən həmişə Vətəndir.
Mən də sənin bir parçan...
Zəfər tarixini yazana qurban....
Digər xəbərlər