NAXÇIVAN :

21 Noyabr 2024, Cümə axşamı

Komitənin kollektivi Zəfər Abidəsini ziyarət edib

...

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Vətən müharibəsindəki tarixi Zəfərinin dördüncü ildönümü münasibətilə keçirilən silsilə tədbirlərə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi də qoşulub. Bu gün  Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova və Komitənin kollektivi 8 Noyabr-Zəfər Günü ilə əlaqədar Naxçıvan şəhərindəki Zəfər Parkında olub, şəhidlərin xatirəsinə ucaldılan Zəfər Abidəsinin önünə tər güllər qoyub, şəhidlərimizin xatirəsini yad edib.

Nəşr edilib : 08.11.2024 13:50