Ramiz Mirişli yaradıcılığına həsr olunmuş konsert ...
23:52 10.04.2025
0
0
0
NAXÇIVAN :
11 Aprel 2025, Cümə
Naxçıvan şəhər Qaraçuq İnzibati Ərazi Dairəsində “Aliment uşaqların minimum ehtiyac meyarları üçün nəzərdə tutulan vəsaitdir: Boşanmadan əvvəl və sonra aliment” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirin əvvəlində Ulu Öndər Heydər Əliyevin və vətən uğrunda şəhadətə yüksələn şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbiri giriş sözü ilə açan Naxçıvan Şəhər İcra Hakimiyyətinin əməkdaşı Sevinc Əliyeva keçirilən tədbirin əhəmiyyətini vurğulamışdır.Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Aparat rəhbəri Eltun Həziyev ailə institutunun cəmiyyət üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğulayaraq boşanma hallarında uşaqların mənəvi və psixoloji halına xüsusi diqqət yetirilməsinin vacibliyini qeyd edib. O, çıxışında aliment öhdəliyinin yalnız maddi məsələ olmadığını, eyni zamanda valideynlərin övladları qarşısında hüquqi və mənəvi məsuliyyətinin tərkib hissəsi olduğunu bildirib. Eltun Həziyev qeyd edib ki, aliment övladın hüququdur və bu, valideynlərin şəxsi münasibətlərindən asılı olmayaraq, uşağın minimum ehtiyaclarının təmin olunması üçün ayrılan vəsaitdir. Valideynlərin ayrılması uşağın sosial və psixoloji inkişafına mənfi təsir göstərməməli, əksinə, onun rifahı üçün məsuliyyətin bölüşdürülməsinə xidmət etməlidir. Həmçinin bildirilib ki, dövlət ailənin dayaqlarının möhkəmləndirilməsi və uşaqların sağlam inkişafı üçün mühüm hüquqi mexanizmlər formalaşdırıb. Bu kontekstdə alimentin düzgün və vaxtında ödənilməsi, valideynlərin övladları ilə münasibətləri düzgün tənzimləməsi onların gələcək sosial inteqrasiyasına müsbət təsir göstərir.
Tədbirin davamında Naxçıvan Mediasiya Təşkilatının mediatoru Orxan Abbasov çıxış edərək ailə dəyərləri və mediasiya ilə bağlı fikirlərini diqqətə çatdırmış, mediasiya institutunun müvafiq sahədə həyata keçirdiyi fəaliyyətlər barədə məlumat vermiş, milli dəyərlər, mediasiya və hüquq sisteminin həyata keçirilməsindən ətraflı bəhs etmişdir.
Tədbir çərçivəsində iştirakçılar arasında müzakirələr aparılıb, aliment öhdəlikləri və valideyn məsuliyyəti ilə bağlı suallar cavablandırılıb. Tədbirdən 33 nəfər yararlanmışdır.
Digər xəbərlər