NAXÇIVAN :

11 Aprel 2025, Cümə

Komitə tərəfindən növbəti maarifləndirici tədbir keçirilib

...

25 fevral 2025-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Şahbuz Rayon İcra Hakimiyyəti ilə birgə "Konstitusiya və Suverenlik İli" ilə əlaqədar "Yetkinlik yaşına çatmayan şəxslərin erkən evliliyi ilə bağlı mərasimlərin keçirilməsilə əlaqədar fiziki şəxslərin maarifləndirilməsi" mövzusunda tədbir keçirilib.
Tədbiri giriş sözü ilə Şahbuz Rayon İcra Hakimiyyətinin əməkdaşı Nübar Səfərova açaraq cəmiyyət üçün bu mövzunun əhəmiyyətli olduğundan bəhs edib.
Komitənin Ailə, qadın problemləri və gender məsələləri şöbəsinin baş məsləhətçisi Firuzə Hüseynova təqdimatla çıxış edərək erkən nikah halları, erkən nikahın səbəbləri, psixoloji, sosial, emosional fəsadları, erkən nikahın qarşısının alınması üçün hüquqi bazanın gücləndirilməsindən, erkən nikahla mübarizə üsullarından, dini kəbin kəsmələr zamanı tətbiq olunan qanunvericilik ilə bağlı məlumat verib. 
34 nəfərin iştirak etdiyi tədbirdə maarifləndirici broşür paylanılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Nəşr edilib : 25.02.2025 20:45