Naxçıvan Muxtar Respublikasında 23 noyabra gözləni...
23:45 22.11.2024
0
0
0
NAXÇIVAN :
23 Noyabr 2024, Şənbə
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən “Şərq qapısı”na verilən məlumata görə, 28 sentyabr 2024-cü il tarixdə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova Kəngərli rayonunun Böyükdüz kəndində sakinlərlə görüşüb, onların müraciətlərini dinləyib. Görüş zamanı Ramilə Seyidova ölkəmizdə ailələrin rifah halının daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən dövlət siyasətindən danışaraq bildirib ki, 100 illik yubileyini qeyd etdiyimiz Naxçıvan Muxtar Respublikasında ailə institutunun inkişafı, ailə dəyərlərinin möhkəmləndirilməsi və gənc nəsil arasında təbliği məqsədilə ardıcıl tədbirlər görülür. Komitə tərəfindən yerlərdə təbliğat işinin aparılması ilə yanaşı, sakinlərlə görüşlər keçirilir, vətəndaşların rastlaşdıqları problemlərin yerindəcə həlli istiqamətində tədbirlər həyata keçirilir. Komitə sədrinin çıxışından sonra kənd sakinlərinin müraciətləri ayrı-ayrılıqda dinlənilib, protokollaşdırılıb. Müraciətlər əsasən aliment məsələsi, əlilliyin təyin olunması, ərzaq yardımının və məktəbli formasının verilməsi, ünvanlı dövlət sosial yardımın təyin edilməsi, şəxsi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün özünüməşğulluq proqramına cəlb edilməsinə köməklik göstərilməsi, içməli su təminatının yaxşılaşdırılması, yaxın qohumlar arasında mübahisəli mülk məsələlərinin həlli və digər məsələlərlə bağlı olub. Vətəndaşlara müraciətlərlə əlaqədar hüquqi izahat verilib, qanunamüvafiq köməklik göstərilib, Komitənin səlahiyyəti xaricində olan müraciətlərlə bağlı vətəndaşlara köməklik göstərilməsi məqsədilə aidiyyəti üzrə qeydiyyat aparılıb.
Digər xəbərlər