“Heydər Əliyev Ensiklopediyası” 2025-ci ildə hazır...
13:18 30.11.2024
0
0
0
NAXÇIVAN :
30 Noyabr 2024, Şənbə
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çıxışlarında vurğuladığı kimi, tolerantlıq, multikulturalizm, inanclara, milli-mənəvi dəyərlərə, mədəni irsə hörmət bizim cəmiyyətimizin həyat tərzidir. Azərbaycan xalqı başqalarının dəyərlərinə, adət-ənənələrinə, irsinə hörmətlə davranmağın alternativini sadəcə təsəvvür edə bilmir. Xalqımızın təfəkküründə, tarixi yaddaşında başqalarına dözümsüzlük kimi bir anlayış yoxdur. Etnik və dini müxtəliflik ayırıcı xətt deyil, birləşdirici, qarşılıqlı dialoqu təşviq edən amildir.
"Şərq qapısı" xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Naxçıvanda keçirilən “Dövlət-din münasibətləri: geosiyasi reallıqlar və qlobal çağırışlar kontekstində” mövzusunda konfransda söyləyib.
Komitə sədri qeyd edib ki, dövlət-din münasibətləri sisteminin üçüncü vacib elementi gələcəyə dair
aydın və konkret baxışların mövcudluğudur. Tarixi təcrübə və ənənələr dünyagörüşünün formalaşmasında mühüm rola malikdir. Lakin fərqli etnik və dini kimliklərin daşıyıcısı olan sosial qrupların, icmaların öz gələcəyi barədə təsəvvürlərinin bir-birini inkar etməməsi çox vacib şərtlərdən biridir. Dini inanc və etnik mənsubiyyətindən asılı olmayaraq, əgər onların hamısı öz gələcəklərini vahid bir cəmiyyətdən kənarda təsəvvür etmirsə bu, ideloji bütövlüyün, milli həmrəyliyin əlaməti kimi qəbul olunur. Kənar ideoloji müdaxilələrin belə toplumlarda parçalanma və qütbləşmə yaratmaq perspektivi məhduddur. Lakin bu, arxayınlaşmağa, bəzi mümkün və ehtimal olunan ideoloji təhdidləri görməzdən gəlməyə əsas vermir. Güclü dövlət həm də belə ehtimalları vaxtında aşkara çıxarmaq, proqnozlaşdırmaq, zəruri tədbirlər görmək üçün vacibdir.
Digər xəbərlər