NAXÇIVAN :

20 Aprel 2026, Bazar ertəsi

Kibertəhlükəsizlik üzrə genişmiqyaslı beynəlxalq təlimlərə start verilib

...

Aprelin 20-24-dək Estoniyanın e-İdarəetmə Akademiyasının (eGA) və Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) təşkilatçılığı ilə dövlətqurumları, kritik infrastruktur subyektləri, aidiyyəti kibertəhlükəsizlik nümayəndələri, maliyyə və özəltəşkilatların iştirakı ilə ixtisaslaşmış təlimlərə start verilib.

"Şərq qapısı" xəbər verir ki, təlimlər çərçivəsində maliyyə sisteminin sabitliyi üçün kibertəhlükəsizlik risklərinin idarə olunması, insidentlərə cavab vermə imkanlarının yetkinlik səviyyəsinin qiymətləndirilməsi, zərərli proqramlar üzrə məlumat mübadiləsi, eləcə də şəbəkə təhdidlərinin aşkarlanmasıkimi mühüm mövzular əhatə olunur. Təlim proqramı kiberdavamlılığın həm strateji, həm də texniki aspektlərini birləşdirərək iştirakçıların bilik və praktiki bacarıqlarının artırılmasına xidmət edir.

Maliyyə sektoru üzrə kibertəhlükəsizlik risklərinin idarəolunmasına həsr olunan seminar zamanı kiberrisklərin maliyyə sabitliyinə təsiri və Avropa İttifaqının bu sahədə tətbiq etdiyi qabaqcıl yanaşmalar təqdim ediləcək. Eyni zamanda, iştirakçılar təşkilati struktur, insan resursları, texniki alətlər və proseslər üzrə insidentlərə cavab vermə imkanlarının yetkinlik səviyyəsini qiymətləndirmək imkanı əldə edəcəklər.

Texniki təlimlərdə isə CSIRT və CERT qurumları üçün nəzərdə tutulmuş praktiki alətlərin tətbiqi, təhdid kəşfiyyatı məlumatlarının mübadiləsi, zərərli fəaliyyətlərin aşkarlanması və əməliyyat səviyyəsində cavab vermə mexanizmlərinin təkmilləşdirilməsi mövzuları əhatə olunub.

Təlim proqramının açılışında çıxış edən AKTA-nın icraçı direktoru Rauf Cabarov bildirib ki, bu cür təşəbbüslər müxtəlif qurumlar arasında əməkdaşlığın gücləndirilməsinə, praktiki biliklərin artırılmasına və insidentlərə effektiv cavab vermə imkanlarının inkişafına mühüm töhfə verir.

E-İdarəetmə Akademiyasının (eGA) layihə rəhbəri Elsa Neeme isə qeyd edib ki, güclü yerli tərəfdaşlarla əməkdaşlıq bu təşəbbüslərin real ehtiyaclara uyğun həyata keçirilməsini təmin edir və uzunmüddətli perspektivdə dayanıqlığın, əməkdaşlığın və institusional potensialın gücləndirilməsinə xidmət edir.

Qeyd edək ki, təlimlər Avropa İttifaqının “Şərq Tərəfdaşlığı ölkələrində Kiberdavamlılığın Təkmilləşdirilməsi 2.0” təşəbbüsü çərçivəsində maliyyələşdirilir və e-İdarəetmə Akademiyasının (eGA) yerli tərəfdaşlarla əməkdaşlığı ilə təşkil olunur.

Nəşr edilib : 20.04.2026 11:25