NAXÇIVAN :

08 Oktyabr 2026, Cümə axşamı

Kəngərlidə “Narkomaniyaya qarşı mübarizənin hüquqi, tibbi və sosial aspektləri” mövzusunda tədbir keçirilib

...

Naxçıvan Muxtar Respublikası Prokurorluğunun təşkilatçılığı ilə Kəngərli Rayon İcra Hakimiyyətində “Narkomaniyaya qarşı mübarizənin hüquqi, tibbi və sosial aspektləri” mövzusunda tədbir keçirilib.
“Şərq qapısı” xəbər verir ki, tədbirdə çıxış edənlər Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 17 sentyabr  tarixli  Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində qarşıya qoyulan vəzifələrdən danışıblar. Vurğulanıb ki, narkomaniya ilə mübarizə sağlam cəmiyyətin formalaşması baxımından əsas məqsəd və vəzifədir. Eyni zamanda Azərbaycanın dövlət siyasətində başlıca vəzifə olan sağlam nəslin formalaşması istiqamətində həyata keçirilən tədbirlər sırasında mühüm istiqamət kimi diqqət yetirilən narkomaniya ilə mübarizənin  kampaniya xarakterli olmadığı, davamlı siyasət olduğu da diqqətə çatdırılıb.
Tədbir zamanı iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb.

Nəşr edilib : 08.10.2026 14:39