NAXÇIVAN :

08 Oktyabr 2026, Cümə axşamı

Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edilib

...

Dövlət Statistika Komitəsinə (DSK) yeni sədr müavini təyin edilib.

"Şərq qapısı" xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 07 oktyabr tarixli sərəncamı ilə Dövlət Statistika Komitəsinin aparat rəhbəri Səbuhi Fəxrəddin oğlu Əliyev qurumun sədrinin müavini təyin edilib.

Qeyd edək ki, Səbuhi Əliyev14 aprel 2026-cı ildən 24 avqust 2026-cı il tarixinədək Dövlət Statistika Komitəsi sədrinin müşaviri vəzifəsində çalışıb. Avqustun 24-də DSK-nın aparat rəhbəri təyin edilmişdi.

Paralel olaraq Yusif Yusifov DSK-nın sədr müavini vəzifəsindən azad edilib.

Nəşr edilib : 08.10.2026 15:40