Azərbaycan ilə Özbəkistan arasında mədəni əməkdaşl...
17:02 20.07.2026
0
0
0
"Xəstələrimiz müvafiq şöbələrə yerləşdirilib, vəziyyətləri orta-ağırdır".
"Şərq qapısı" xəbər verir ki, bu sözləri Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili tibbi yardım şöbəsinin növbətçi həkimi Əfruz Hüseynova deyib: "Bu gün günorta saatlarında xəstəxanamıza 5 nəfər yol-nəqliyyat hadisəsi nəticəsində yardım briqadamız tərəfindən çatdırılıb. Xəstələr ilkin tibbi müayinələrdən keçirilib, hal-hazırda müayinə və müalicələr davam etdirilir".
Qeyd edək ki, yol-nəqliyyat hadisəsi Naxçıvan-Sədərək magistralının 22-ci kilometrliyində, Kəngərli rayonunun Yeni Kərki kəndi ərazisindən keçən hissəsində baş verib, bir yeniyetmə həyatını itirib, 5 nəfər isə xəsarət alıb.
Digər xəbərlər