Azərbaycan Prezidenti İlham Əliyev Tacikistanın Ba...
11:21 25.09.2026
0
0
0
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Kəngərli rayonu, Böyükdüz kəndi ərazisində ot bağlamalarında yanğın baş verməsi barədə məlumat daxil olub.
Nazirlikdən "Şərq qapısı"na verilən xəbərə görə, məlumatla əlaqədar hadisə yerinə dərhal Kəngərli Rayon və Naxçıvan Şəhər Yanğından Mühafizə hissələrinin qüvvələri cəlb edilib.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən genişlənməsinə imkan verilmədən söndürülüb.
Yanğın nəticəsində 2 900 ədəd ot bağlaması yanıb. Ərazidə olan iki yardımçı tikili (tövlə) yanğından mühafizə olunub.
Yardımçı tikililərdə olan heyvanlar xilas edilib.
Digər xəbərlər