Romada “Şəhərsalma və Memarlıq İli” çərçivəsində k...
22:32 29.04.2026
0
0
0
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələri Naxçıvan Muxtar Respublika Təşkilatının təşkilatçılığı ilə gənclər Xok kəndində yaşayan şəhid ailələrini ziyarət ediblər. “Konstitusiya və Suverenlik İli” çərçivəsində reallaşan görüşdə iştirakçılar şəhidlərimiz Mirzəyev Aslan Maqsud oğlu, Məmmədov Kəmaləddin İsrail oğlu, Əsgərov Təbriz Çapay oğlu, Cəfərov Ülvi Habil oğlu, İsgəndərov Niyaməddin Qulu oğlu, Möhsünov Elmar Rövşən oğlu, Rüstəmov Basid İdris oğlunun ailə üzvləri ilə görüşərək onlara mənəvi dəstək olmağa çalışıb, o cümlədən şəhidlərimizin həyatı, döyüş yolu və şücaəti barədə məlumatlandırılıblar.
Nazirliyin Gənclərlə iş şöbəsinin müdiri İlahə Haqverdiyeva Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı möhtəşəm zəfərindən, Qarabağda icra etdiyi lokal xarakterli antiterror tədbirlərindən söz açıb, qəhrəman Azərbaycan əsgərinin şücaətindən danışıb. Qeyd olunub ki, şəhidlərimizin ömür yolu, Vətən qarşısındakı xidmətləri gənc nəsil üçün böyük vətənpərvərlik nümunəsidir. Tədbir iştirakçıları şücaətli, cəsur, eyni zamanda vətənpərvər övlad yetişdirdikləri üçün şəhid valideynlərinə dərin minnətdarlıqlarını bildiriblər.
İştirakçılara qəhrəman şəhidlərimizin xidməti fəaliyyəti, təltif edildikləri orden və medallar
barədə məlumat verilib. Ailə üzvləri onların özünəməxsus xüsusiyyətləri ilə bağlı fikirlər səsləndirib, xatirələrini bölüşüblər. Gənclər şəhidlərimizə aid xatirə guşələri ilə də tanış olublar.
Digər xəbərlər