NAXÇIVAN :

16 Oktyabr 2024, Çərşənbə

Kəngərli rayonunda da seçici fəallığı qeydə alınır

...

Səhər saatları olmasına baxmayaraq 2 saylı Şərur-Kəngərli seçki dairəsində də fəal seçici sıxlığı müşahidə olunur.  Məlumat üçün bildirək ki, 2 saylı Şərur-Kəngərli seçki dairəsi üzrə Kəngərli rayonunda 1-i qapalı olmaqla 15 məntəqə, Şərur rayonu üzrə isə 43 məntəqə yaradılıb. Məntəqələr üzrə Kəngərli rayonunda  15 min 236, Şərur rayonunda 33 min 868, ümumilikdə isə 49 min 104 seçici qeydə alınıb. 2 saylı Şərur-Kəngərli seçki dairəsi üzrə Kəngərli rayonundan 171 seçici, Şərur rayonundan isə 508 seçici ilk dəfə seçim haqqı əldə edib.  Qeyd edək ki, seçkilər zamanı olduğumuz məntəqələrdən biri də 2 saylı Şərur-Kəngərli seçki dairəsinin 2-41 saylı Qıvraq seçki məntəqəsi oldu. Seçkilərin gedişatına heç bir qanunauyğunsuzluq müşahidə edilmir.

Nəşr edilib : 01.09.2024 10:40