NAXÇIVAN :

19 Aprel 2025, Şənbə

Kəmaləddin Heydərov Naxçıvan şəhərində vətəndaşları qəbul edəcək

...

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov 21 aprel 2025-ci il tarixdə Naxçıvan şəhərində, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin binasında saat 10:00-dan vətəndaş qəbulu keçirəcək.

"Şərq qapısı" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. 

Bildirilib ki, qəbula gələn vətəndaşların qeydiyyatı Nazirliyin binasında 20 aprel 2025-ci il tarixdə saat 11:00-da başlayacaq:

"Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaq. Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər".

Nəşr edilib : 18.04.2025 15:47