NAXÇIVAN :

23 Noyabr 2024, Şənbə

Karlo Marino Prezident İlham Əliyevin İtaliyaya işgüzar səfərini işıqlandırıb

...

Avropa Xəbər Agentliyinin İtaliya və Vatikan üzrə təmsilçisi, Eurasiaticanews’un (Avropa-Asiya xəbərləri) informasiya portalının direktoru və təsisçisi Karlo Marino “Faro di Roma” online qəzetində İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın dəvəti ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İtaliyaya işgüzar səfərini işıqlandırıb.

"Şərq qapısı" qəzeti xəbər verir ki, Karlo Marinonun imzası ilə dərc olunan nəşrdə dövlət başçımızın İtaliya Prezidenti Sercio Mattarella tərəfindən yüksək səviyyədə qarşılanmasına və işgüzar görüşlər keçirməsinə toxunulub.

Həmçinin bildirilib ki, Azərbaycanla İtaliya arasında münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır və İtaliya COP29-un Azərbaycanda uğurla keçirilməsi üçün bütün lazımi dəstəyi göstərməyə hazırdır.

Qeyd edilib ki, İtaliya Qafqaz regionunun sabitliyi və rifahı naminə fəaliyyət göstərməyə, davamlı sülhə nail olmaq məqsədilə Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşmasına dəstək verməyə sadiqdir.

Eyni zamanda nəşrdə Prezident İlham Əliyevin Romada İtaliyanın “Eni S.P.A” şirkətinin baş icraçı direktoru Klaudio Deskalzi ilə işgüzar görüşünə də yer verilib.

Bildirilib ki, görüşdə SOCAR ilə “Eni S.P.A” şirkəti arasında imzalanacaq sənədlərin əhəmiyyətinə toxunulub, neft-qaz, bərpaolunan enerji və iqtisadiyyatın müxtəlif sahələrində yeni texnologiyaların tətbiqi istiqamətində əməkdaşlığın genişləndirilməsi və şaxələndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Qeyd olundu ki, sənədlərin imzalanmasından sonra “Eni S.P.A” şirkəti daha qısa müddət ərzində konkret nəticələrin əldə edilməsi üçün işçi plan və strategiya hazırlayacaq.

Görüşün sonunda “Eni S.P.A” və SOCAR arasında enerji təhlükəsizliyi, istixana qazlarının emissiyalarının azaldılması və bioyanacaq istehsalı zənciri sahələrində üç anlaşma memorandumu imzalanıb.

Qeyd edək ki, italyan jurnalist Karlo Marino AzTV-nin efirində yayımlanan “Hədəf” analitik informasiya proqramına skype vasitəsi ilə dəfələrlə bağlanaraq müxtəlif mövzularda video müsahibə verib. Karlo Marinonun sonuncu müsahibəsi Prezident İlham Əliyevin sentyabrın 5-də İtaliyaya səfəri haqqında olub.

Məqalə və müsahibə ilə aşağıdakı keçidlərdən tanış olmaq mümkündür:

https://www.farodiroma.it/il-presidente-azerbaigian-ilham-aliyev-ricevuto-da-mattarella-al-quirinale-c-marino/?fbclid=IwY2xjawFItupleHRuA2FlbQIxMQABHVC2Xo_OfZPyjIGarbahlsu56q_58oQyXtdXA9mOMQAHMb9xbEoYAf0qJg_aem_1oM1ys-wWEoUOiMDgX0ogA

http://eurasiaticanews.altervista.org/il-direttore-di-eurasiaticanews-intervistato-dalla-televisione-dellazerbaigian/

Nəşr edilib : 08.09.2024 13:04