NAXÇIVAN :

23 Aprel 2025, Çərşənbə 14:14

Kamran Əliyev: Heydər Əliyev suveren və hüquqi dövlət quruculuğunun memarıdır

...

Müasir Azərbaycanın hüquqi-siyasi dayaqları məhz Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi strateji xəttin nəticəsidir. 1995-ci ildə qəbul olunan Konstitusiya və prokurorluq orqanlarının yenidən qurulması bu siyasətin mühüm elementlərindəndir. Heydər Əliyev suveren və hüquqi dövlət quruculuğunun memarıdır.

"Şərq qapısı" xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev Xankəndidə “Heydər Əliyev və Suveren Azərbaycan” mövzusunda keçirilən konfransda deyib.

Kamran Əliyev tədbirin Xankəndi şəhərində keçirilməsinin xüsusi önəm daşıdığını vurğulayıb: “Bu konfrans suverenliyin tam bərpasının, hüquqi dövlət quruculuğunun və qanunun aliliyinin təcəssümüdür”.

Nəşr edilib : 14.04.2025 10:57